Xarici Tələbələrin Türkiyədə Təhsil Avantajları

 

Uzun tarixə sahib olan Türkiyə; Şərqlə qərbin kəsişməsində yerləşən və son dərəcə vacib strateji mövqeyə sahib bir ölkədir. Üç tərəfdən dəniz ilə əhatə olunan Türkiyə İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır.

Türkiyə xarici vətəndaşların təhsil almaları  üçün  ən etibarlı ölkələrin biridir. Türkiyədə verilən təhsil  beynəlxalq səviyyədədir. Universitetlərin təhsil dili İngilis və Türk dillərində olmasına baxmayaraq qəbul edilən hər bir namizəd üçün dil təhsili verilir və hazırlıq dərslərindən sonra universitet şöbələrinə keçid edilir.

 


Türkiyə Universitetlərinin  Xarici Tələbələrə Göstərdiyi Avantajlar

Təhsilin Yüksək Dərəcədə Olması

Dünyanın etibarlı universitetlərinin bir qisminin  yer aldığı Türkiyə; Keyfiyyətli təhsil sistemi, uğurlu müəllim heyəti və dünya ilə inteqrasiya olunan təhsil sistemi ilə standartlardan kənarda ali təhsil imkanları təklif edir. Bu yolla tələbələr həyat və peşələrinə ən yaxşı şəkildə hazırlaşa bilər və asanlıqla uğur addımlarını ata bilərlər.

                          Beynıəlxalq Səviyyədə  Əməkdaşlıq Etdiyi  Diplom Programları

Türkiyə universitetlərində  təhsil almış xarici tələbələrin diplomları Avropa, Amerika və dünyanın  bir çox ölkəsində etibarlı diplom  olaraq tanınır. Hər bir universitetin diplomu  fərqləndiyindən, daxil olması planlaşdırılan universitetin diplom tanınması qaydasına baxmaq sizə daha dəqiq nəticələr verəcəkdir.

 

 

                                    Modern  Şəhərciklər Və Yataqxanalar

Həm dövlət universitetləri, həm də özəl universitetlər; Geniş, rahat və tam təchiz olunmuş şəhərciklərdə təhsil fəaliyyətini təmin etmək, tələbələrin məlumatları ən asan şəkildə əldə etmələrinə imkan verir. Tələbələr ali təhsillərini müasir təhsil şəhərciklərində, kitabxanalar, laboratoriyalar, tələbə klubları, bədii fəaliyyət və daha çox tələbə fəaliyyət sahələri ilə tamamlayır.

Türkiyədə Yerləşim, Qidalanma Ve Nəqliyyat İmkanları

Tələbələrin ən əsas tələblərindən biridə yerleşim, qidalanma və nəqliyyat imkanlardır.

 QİDALANMA

Hər bir universitetdə keyfiyyətli, təmiz və çox əlverişli qida xidməti göstərən yəməkxanalar var.   Universitet restoranında üç yemək yeyə və ya universitet yeməkxanasını seçə bilərsiniz.

Nəqliyyat

Böyük şəhərlərdə ictimai nəqliyyat sistemi yüksək inkişaf etmişdir. Metro, tramvay, avtobus, mikroavtobus və metrobus kimi alternativ ictimai nəqliyyat vasitələri ilə şəhərdə bir yerdən digərinə getmək çox asandır. Tələbələr şəhər nəqliyyatında endirim kartlarından istifadə edir və nəqliyyat xərcləri çox aşağıdır.