Türkiyədə Attestatla Təhsil

Türkiyə keyfiyyətli universitetləri və yüksək səviyyəli təhsili ilə dünya ölkələri arasında ön pillələrə çıxır. Dünya universitetləri sıralamasında ilk 500-lükdə bir sıra universitetlə təmsil olunur.

Türkiyə universitetlərinə bakalavr pilləsi üzrə qəbul olmaq üçün bir sıra yollar vardır. Onlardan biri də attestat qiymətlərinin ortalaması ilə universitetdən qəbul məktubu almaqdır.

Bir sıra Türk Universiteti sizə sadəcə Attestatla təhsil almaq imkanı təklif edir. Attestat qiymətlərinin ortalaması əsas meyar kimi götürülür. Qəbul almaq üçün minimum şərt ortalamanın 5 ballıq sistem üzrə ən az 3 olmasıdır. Bəzi ixtisaslar var ki, onlar daha yüksək göstəricilər tələb edir.