Attestatla Qəbul

Home / Attestatla Qəbul

 

 

Türkiyə dünyanın inkişaf etmiş ölkələrindən biridir. Türkiyənin bir sıra universitetləri dünya üzrə reytinqli universitetlər sihayısına düşmüşdür.

Türkiyə Universitetləri bizdəki kimi dövlət və özəl olmaqla iki hissəyə bölünür. Ümumilikdə 172 universitet vardır, bunların 105-i dövlət, 61-i özəl, 6-sı isə Kollecdir.

Türkiyə universitetlərində bakalavr oxumaq üçün bir sıra yollar vardır:

🔷 TQDK (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası)

Keçid balınız 550-dən çox olduqda TQDK balı isə Türkiyənin bir çox universitetlərinə qəbul oluna bilərsiniz.

🔷 SAT (Scholastic Aptitude Test)

Demək olar ki, istənilər universitetə SAT imtahanı ilə qəbul olmaq mümkündür.

🔷 YÖS (Yabancı Öqrenci Sınavı)

Ümumiləşdirilmiş YÖS imtahanı ləğv olunduqdan sonra Türkiyənin dövlət və özəl universitetləri özləri bu imtahanı təşkil etməyə başladı. Keçid balı olaraq 51-i keçdikdən sonra bir çox ixtisaslarda təhsil almaq mümkündür. Tibb və Hüquq fakultələri üçün isə 80-i keçmək mütləqdir.

🔷 ATTESTAT

Türkiyənin bir sıra universiteti sizə sadəcə ATTESTAT ilə təhsil almaq şansı təklif edir. Keçid balı kimi attestat ortalaması götürülür. 5 ballıq sistem üzrə ən az 3 olmaqla qəbul mümkündür. Tibb və Hüquq fakultələrinə qəbul olmaq üçün ortalama 4-dən aşağı olmamalıdır.

Attestatla müraciət edənlər üçün lazım olan sənədlər:

◼ Attestatın əsli
◼ 9-10-11-ci siniflərin qiymət cədvəli (Transkript)
◼ Xarici pasport (yoxdursa Şəxsiyyət Vəsiqəsi)
◼ 3×4 Şəkil

Ətraflı Məlumat üçün Bizimlə Əlaqə Saxlayın!